Bakıda qısqanc kişi arvadını, qızını və daha iki nəfəri bıçaqladı


Kriminal 20 May 2019 11:45:00 206 0

Bakıda qısqanc kişi arvadını, qızını və daha iki nəfəri bıçaqladı

Bakıda dəhşətli qətl baş verib. 

Son.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

1974-cü il təvəllüdlü  Zaur Rzayev qısqanclıq zəminində arvadı Maral Rzayevanı, qızı 1999-cu il təvəllüdlü Samirə Rzayevanı, arvadının kirayə qaldığı evinin sahibi Qəmər Nadıyevanı və həmin mənzildə olan Vasif Əliyevi bıçaqlayıb. Qısqanc kişi hadisə yerindən qaçıb.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan Vasif Əliyev həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyət-axtarış tədbirləri nəticəsində Zaur Rzayev tutulub.