Sumqayıt Təlim, Tədris Mərkəzi şagird qəbulu üçün müsabiqə keçirir


Digərləri 20 May 2019 11:30:00 266 0

Sumqayıt Təlim, Tədris Mərkəzi şagird qəbulu üçün müsabiqə keçirir

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzi şagird qəbulu üçün müsabiqə elan edir.

Bakı. SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzi şagird qəbulu üçün müsabiqə elan edir. Trend-in məlumatına görə, müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, Sumqayıt şəhəri və ya Abşeron rayonunda qeydiyyatı olmalı (həmin ərazilərdə məskunlaşmış məcburi köçkünlər də müraciət edə bilər), 15.09.2019-cu il tarixinədək 29 yaşı tamam olmamalıdır. Hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müsabiqəyə müraciət edə bilməzlər. Müsabiqədə iştirak etmək istəyən kişilərin həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq hərbi bileti olmalı, tibb müəssisəsindən sağlamlıq haqqında arayış təqdim etməlidirlər. Təlim Mərkəzinə aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nasos qurğusu maşinisti və təmirçi çilingər peşə ixtisasları üzrə ümumilikdə 33 şagird qəbul olunacaqdır.