İsmayıllıda 70-ə yaxın kənd işıqsız qalıb, təsərrüfata ziyan dəyib - İH


Digərləri 20 May 2019 11:23:00 192 0

İsmayıllıda 70-ə yaxın kənd işıqsız qalıb, təsərrüfata ziyan dəyib - İH

İsmayıllı rayonuna güclü külək ziyan vurub.

Bakı. Samir Əli - Güclü külək İsmayıllı rayonuna ziyan vurub. Bu barədə Trend-ə açıqlamasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev deyib. Komissiya sədri bildirib ki, hadisə nəticəsində rayon ərazisində Elektrik təsərrüfatına ciddi ziyan dəyib: "Elektrik xətləri qırılıb. Şəhər ərazisində işıq olsa da, 70-ə yaxın yaşayış məntəqəsinə elektrik enerjisi verilmir. Hələlik evlərə ziyan dəyməsi barədə məlumat daxil olmasa da, təsərrüfat obyektlərində dağıntı olması barədə müraciətlər var. Hazırda komissiya müraciətləri araşdırır".