Bakının mərkəzində baş verən qəzanın görüntüləri yayıldı VİDEO


Digərləri 20 May 2019 10:31:00 197 0

Bakının mərkəzində baş verən qəzanın görüntüləri yayıldı  VİDEO

Bakının Səbail rayonu Neftçilər prospektində baş verən qəza anı kameraya düşüb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, görüntülər sosial şəbəkədə paylaşılıb. 

Videodan görünür ki, "Mercedes" markalı avtomobil yol hərəkəti qaydalarını kobud sürətdə pozaraq, prospektdə hərəkətdə olan zaman qarşıdakı avtomobili sağdan ötüb və daha sonra sol yola çıxmaq istəyərkən qarşısında hərəkətdə olan digər maşınla toqquşub. 

Zərbənin təsirindən "Mercedes" yol kənarındakı beton maneəyə çırpılıb.