DİM bakalavrlara müraciət edib


Digərləri 20 May 2019 10:35:00 197 0

DİM bakalavrlara müraciət edib

2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının 26 may 2019-cu il tarixində keçiriləcək II mərhələsində 53 №-li proqram üzrə Bakı şəhərində imtahan verəcək bakalavrlar test imtahanını Bakı şəhərində, imtahana buraxılış vərəqəsində göstərilən ünvanda kompüter vasitəsilə verəcəklər.

Dövlət İmtahan Mərkəzindən (DİM) Son.az-a verilən məlumata görə, həmin proqram üzrə Gəncə və Naxçıvan şəhərlərində imtahan verəcək bakalavrlar isə test imtahanını həmin şəhərlərdə, buraxılış vərəqəsində göstərilən ünvanlarda kağız formatında verəcəklər.