Sumqayıtda sexdə yanğın olub


Digərləri 20 May 2019 09:11:00 188 0

Sumqayıtda sexdə yanğın olub

Sumqayıt şəhərində birmərtəbəli tikilinin (karton istehsalı sexi kimi fəaliyyət göstərir) içərisində karton və kağız tullantıları 500 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.