Konqoda Ebola virusundan ölənlərin sayı 1,2 mini keçib


Dünya 20 May 2019 08:59:00 242 0

Konqoda Ebola virusundan ölənlərin sayı 1,2 mini keçib

Konqo Demokratik Respublikasında ötən ilin iyul ayından Ebola virusundan ölənlərin sayı 1200-ü keçib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Konqo Demokrtik Respublikasının Səhiyyə nazirliyi öz "Twitter" səhifəsində bildirib. Daha əvvəl 1105 nəfərin öldüyü bildirilirdi.

Məlumatda deyilir: "Bazar günü, 2019-cu il mayın 19-u üçün vəziyyət: 1816 yoluxma halı - 1728 təsdiq edilib, 88 mümkün, 1209 nəfər ölüb və 482 nəfər sağalıb".

Bundan əlavə KİV-lərin məlumatına əsasən, Konqo Demokrtik Respublikasında Ebola virusuna 101 tibb işçisi yoluxub.