Burundidə mədən dağılıb:


Dünya 20 May 2019 08:37:00 191 0

Burundidə mədən dağılıb:

Burundidə koltan mineralının çıxarılması üzrə mədən dağılıb.

Trend-in "RFI" radiosunun Afrika bölməsinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 9 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

Qeyd edilir ki, insident mayın 17-si baş verib, lakin insidentin baş verməsi haqqında məlumat yalnız mayın 19-u daxil olub.

Bildirilir ki, mədən torpaq sürüşməsi nəticəsində dağılıb.