Omanlı nazir: "İran və onun qonşuları arasında mübahisələr böyüyərsə..."


Dünya 20 May 2019 08:12:00 213 0

Omanlı nazir: "İran və onun qonşuları arasında mübahisələr böyüyərsə..."

İranın qonşu ölkələrlə mübahisələri "OPEC" daxilində əməkdaşlığa neqativ təsir göstərə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Omanın neft-qaz naziri Məhəmməd Əl-Rumhi jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib: "Mən İran "OPEC"i tərk edə bilər deməmişım. Mən demişəm ki, əgər İran və onun qonşuları arasında mübahisələr böyüyərsə, bu "OPEC" daxilində əməkdaşlığa neqativ təsir göstərə bilər. Çünki ölkələr bir biri ilə yola getmirsə, bu əməkdaşlığın xeyrinə deyil".

Qeyd edək ki, daha əvvəl "Bloomberg" agentliyi Omanın neft-qaz nazirinə istinadən bildirib ki, İran "OPEC"i tərk edə bilər.