Azərbaycanda dəhşətli qəza


Digərləri 20 May 2019 08:16:00 197 0

Azərbaycanda dəhşətli qəza

Astarada baş vermiş ağır yol nəqliyyat hadisəsi nətincəsində 18 yaşlı gənc dünyasını dəyisib.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə Astara rayonunun Şüvi kəndi ərazisində baş verib.

Şüvi kənd sakini,17 yaşlı Şəhriyar Əsgərovun idarə etdiyi "VAZ 21011" markalı, 99 RU 131 dövlət qeydiyyat nişanlı avtomobil  Astara rayonu Siyətük kənd sakini, 37 yaşlı Şamradov Məmməd Şükür oğlunun  idarə etdiyi "Mersedes"  markalı, 99HD 377 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. 

Nəticədə "VAZ 21011"- də olan sənrişin, Astara rayonu Şüvi kənd sakini, 18 yaşlı Baxşiyev Qadir Kamil oğlu hadisə yerində dünyasını dəyişib, sürücü Şəhriyar Əsgərov isə ağır bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır  olduğu bildirilir. Ölən gəncin ailənin tək oğlu olduğu, atasının isə hazırda Ümrə ziyarətində olduğu qeyd edilib. O Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi idi.

Faktla bağlı araşdırma aparılır.