Çingiz Abdullayevin "Şübhəsiz Metamorfoz" kitabı fransız oxuyuculara təqdim olunub FOTO


Digərləri 20 May 2019 07:41:00 74 0

Çingiz Abdullayevin "Şübhəsiz Metamorfoz" kitabı fransız oxuyuculara təqdim olunub  FOTO

Fransada fəaliyyət göstərən ''Kapaz'' nəşriyyat evinin fransız dilinə tərcümə etdiyi və bu ölkədə yenicə nəşr etdiyi Çingiz Abdullayevin ''Şübhəsiz Metamorfoz'' kitabının Strasburqda təqdimat mərasimi keçirilib.

Son.az bildirir ki, Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyindən Trend-ə verilən məlumata görə, müəllifin iştirakı ilə keçirilmiş bu mərasim çərçivəsində Xalq yazıçısı Çingiz Abdullayevin Fransadakı oxucuları ilə görüşü təşkil edilib. Tədbir iştirakçıları arasında Strasburq universitetinin professor heyətinin üzvləri, Avropa institutları əməkdaşları, yerli ictimaiyyət təmsilçiləri və Azərbaycan icmasının nümayəndələri olublar.

Təqdimat mərasiminin moderatoru vəkil və professor Tyeri Edmond tədbir haqqında məlumat verdikdən sonra açılış sözü ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov çıxış edib. Fəxrəddin İsmayılov ilk əvvəl ''Kapaz'' nəşriyyat evinin Azərbaycan ədəbiyyatının fransızdilli oxuyuculara tanıdılması sahəsində həyatı dəyərli fəaliyyəti təqdir edib və Xalq yazıçısı Çingiz Abdullayevin növbəti kitabının Fransada nəşrinin qürur və sevinc mənbəyi olduğunu qeyd edərək, onun Azərbaycanın dünya miqyasında tanıdılmasına verdiyi önəmli dəstək və töhfədən bəhs edib. Çingiz Abdullayevin zəngin tərcümeyi-halı barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş moderator Tyeri Edmond daha sonra yazıçıya onun yaradıcılığının müxtəlif aspektləri barədə suallar verib. İnteraktiv müsahibə formatında keçirilmiş bu təqdim mərasimi iştirakçılar tərəfindən böyük maraqla qarşılaşdır.

Müsahibənin ardınca ''Kapaz'' nəşriyyat evinin əməkdaşı Asiya Məmmədova tərəfindən tərcümə olunmuş ''Şübhəsiz Metamorfoz'' kitabının iştirakçılar imzalanma mərasimi keçirilib və yazıçı həmçinin onların çoxsaylı fərdi suallarını cavablandırıb.


Xəbərə aid fotolar

Qax və Zaqatalaya qoz böyüklüyündə dolu yağıb like
  • 20 May 07:35  
Digərləri Qax və Zaqatalaya qoz böyüklüyündə dolu yağıb

Zaqatala və Qax rayonlarına güclü dolu yağıb.

arrow Ətraflı
Almaniyada avtobus aşıb, ölən və yaralananlar var like
  • 20 May 07:28  
Dünya Almaniyada avtobus aşıb, ölən və yaralananlar var

Almaniyanın Leypsiq şəhəri yaxınlığında "Flixbus" daşıyıcı

arrow Ətraflı
İki ailə arasında qanlı toqquşma: 6 ölü like
  • 20 May 07:21  
Dünya İki ailə arasında qanlı toqquşma: 6 ölü

Türkiyənin Qars bölgəsində torpaq sahəsi ilə bağlı iki ailə arasında

arrow Ətraflı
Uqandada qayıq batıb: futbolçular və azarkeşlər itkin düşüb like
  • 20 May 07:15  
Digərləri Uqandada qayıq batıb: futbolçular və azarkeşlər itkin düşüb

Uqandanın qərbində Albert gölündə yerli futbol komandasının oyunçuları

arrow Ətraflı
Milli xörəklərin kalori dəyəri like
  • 20 May 07:00  
Digərləri Milli xörəklərin kalori dəyəri

Azərbaycan mətbəxində 2 minədək xörək növü var. Onların kalori dəyə

arrow Ətraflı
ABŞ Kanada və Meksikadan polad və alüminiumun tədarükü ilə bağlı rüsumları ləğv edib like
  • 20 May 06:27  
Digərləri ABŞ Kanada və Meksikadan polad və alüminiumun tədarükü ilə bağlı rüsumları ləğv edib

ABŞ Kanada və Meksikadan polad və alüminiumun tədarükü ilə bağlı rüsu

arrow Ətraflı
Kamçatka sahillərində zəlzələ olub like
  • 20 May 05:47  
Digərləri Kamçatka sahillərində zəlzələ olub

Sakit okeanda, Kamçatka sahillərində 5 bal gücündə zəlzələ baş verib

arrow Ətraflı
"OPEC plus" ölkələri apreldə neft hasilatının azaldılmasına dair razılaşma 168% yerinə yetirilib like
  • 20 May 05:14  
Digərləri "OPEC plus" ölkələri apreldə neft hasilatının azaldılmasına dair razılaşma 168% yerinə yetirilib

Neft hasilatının azaldılmasına dair razılaşmada iştirak edən "OPEC plus"

arrow Ətraflı
Burundidə mədən dağılıb: 9 ölü, 20 yaralı like
  • 20 May 04:21  
Digərləri Burundidə mədən dağılıb: 9 ölü, 20 yaralı

Burundidə koltan mineralının çıxarılması üzrə mədən dağılıb

arrow Ətraflı