Qax və Zaqatalaya qoz böyüklüyündə dolu yağıb


Digərləri 20 May 2019 07:35:00 239 0

Qax və Zaqatalaya qoz böyüklüyündə dolu yağıb

Zaqatala və Qax rayonlarına güclü dolu yağıb.

Son.az oxu.az-a istinadən bildirir ki, axşam saatlarından başlayan yağış, daha sonra güclü dolu ilə müşayiət olunub.

Zaqatala şəhərinin mərkəzi ərazilərinə təqribən 15 dəqiqə müddətində qoz böyüklüyündə yağan dolu minik avtomobillərinə və meyvə ağaclarına ziyan vurub.

Güclü dolu Qax rayonunun bəzi kəndlərində  təsərrüfata ziyan vurub. Rayonun ucqarda yerləşən İlisu kəndinə 10 dəqiqə müddətində dolu yağıb.

Hazırda bölgədə güclü külək və yağış müşahidə olunur.