Almaniyada avtobus aşıb, ölən və yaralananlar var


Dünya 20 May 2019 07:28:00 243 0

Almaniyada avtobus aşıb, ölən və yaralananlar var

Almaniyanın Leypsiq şəhəri yaxınlığında "Flixbus" daşıyıcısına məxsus şəhərlərarası hərəkət edən avtobus aşıb.

Trend-in "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində bir nəfər həlak olub, onlarla insan yaralanıb. Xəsarət alanlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edilir ki, avtobusda 74 sərnişin olub. Qəzanın səbəbi hələ ki bildirilmir.

Hadisə yerində xilasedicilər işləyir, xəsarət alanları helikopterlər vasitəsilə xəstəxanalara çatdırırlar.