Müəllimlərin sosial şəbəkələrdə davranış qaydaları müəyyənləşdirilsin?


Digərləri 20 May 2019 07:07:00 308 0

Müəllimlərin sosial şəbəkələrdə davranış qaydaları müəyyənləşdirilsin?

Bu, onun sosial məsuliyyətini artırırsa, çox yaxşı, amma...

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Keçən il Rusiyanın Barnaul şəhərində Tatyana Kuvşinnikova adlı müəllimənin sarafan geyimdə fotosunu sosial şəbəkədə paylaşması, sözün həqiqi mənasında qalmaqala səbəb oldu. Valideynlərdən biri şəkli məktəbin direktoruna göndərərək bunu məktəbin nüfuzuna ləkə adlandırdı. Əsl mərəkə də bundan sonra başlamışdı: "Ancaq fahişələr belə geyinib şəkil çəkdirirlər - dikdaban ayaqqabı, dizdən yuxarı don, hər yeriniz çöldə! Kimi cəlb etmək istəyirsiniz? Pedaqoq adını daşımağa layiq deyilsiniz, məktəbin reputasiyasına ləkəsiz! Oğlan şagirdlərin sizə vurulması təəccüblü deyil. Bunun bir addım sonrası pedofiliyadır!" - deyə valideynlər və kollektiv müəllimi erotik şəkil paylaşmaqda qınayaraq bunun pedaqoji qaydalara zidd olduğunu qabartdılar. Olay "İnsan və qanun" verilişində təqdir edildi, müəllimlərin və valideynlərin qınağı müəllimənin məktəbdən kənarlaşdırılmasına səbəb oldu. Eləcə də, Omsk şəhərində "Qütb ayılar" üzgüçülük və Qış Üzgüçülük Federasiyasının üzvü olan digər müəllimənin  qış çimərlik paltarında "İnstaqram"da paylaşdığı foto, həmçinin yekaterinburqlu ingilis dili müəlliməsinin həyat yoldaşından ayrılması barədə statusu, pedaqoji cəmiyyətdə narazılıqlara səbəb oldu.     Rusiyanın elm və təhsil naziri bu kimi məsələlərə münasibət bildirməyə məcbur oldu: "Belə bir həqiqət var: hər kəsin şəxsi həyatı olmalıdır. Hesab edirəm ki, bu mənada müəllimlər üçün bir qədər çətindir, çünki onların "İnstaqram!da paylaşdığı hər hansı bir şəkil qıcıq yarada bilir. Burda sözsüz ki, problem var, ancaq ona nəzakətlə yanaşmaq lazımdır. Etiketləri aşmaq olmaz, çünki pedaqoq - xüsusi peşədir, missiyadır. Sosial şəbəkələrdə təhlükəsizliklə bağlı xüsusi kursların yaradılması ideyası artıq Milli Təhsil Nazirliyində ictimai müzakirələrə çıxarılıb".

Nazir dünya ölkələrində pedaqoji şuraların, müəllim assosiasiyaları və həmkarlar ittifaqlarının artıq sosial şəbəkələrdə etiket qaydaları ilə bağlı tövsiyələr hazırladıqlarını əsas gətirib. Məsələn, İrlandiyada Pedaqoji Şura müəllimlərə onların ciddi ictimai nəzarətə məruz qaldıqlarını xatırladaraq, internetdə şagirdləri, valideynləri və həmkarlarını müzakirə etməyi qadağan edib. Avstraliyada da həmçinin müəllim və şagirdlər üçün sosial şəbəkələrdən istifadə etmək qaydaları mövcuddur. ABŞ-ın bir çox ştatlarında müəllim və şagirdlərə sosial şəbəkələrdə ünsiyyət qurmaq qadağası var.

Pedaqoji işçilərin sosial şəbəkələrdən istifadəsi ilə bağlı yaranana narazılıqları nəzərə alan Rusiyanın Elm və Təhsil Nazirliyi müəllimlərin internetdə korporativ davranışlarına dair qaydaların hazırlanmasına qərar verib. Belə ki, müəllimlərə mümkün qədər sosial şəbəkələrdən istifadə etməmək məsləhət görülür.

Bizim ölkədə internetdən istifadə azadlığı mövcuddur. Heç bir qurum qarşısında sosial şəbəkələrdən istifadədə qaydalar mövcud deyil, Belə ki, internetdən istifadə peşə etikası nəzərə alınmaqla, insanların öz daxili nizamının və davranış qaydalarının öhdəsinə buraxılıb. Düzdür, müəyyən limiti aşma, davranış qaydalarının pozulması hallarına bizdə də rast gəlinir. İctimai qınaq da bəzən aşıb-daşır.


Xəbərə aid fotolar