Hər gün barmağını bala batıran xanım arıçı REPORTAJ VİDEO FOTO


Digərləri 20 May 2019 04:30:00 86 0

Hər gün barmağını bala batıran xanım arıçı  REPORTAJ  VİDEO  FOTO

Ölkəmizdə arıçılığın ənənələri çox qədimdir. Respublikamızın elə bir bölgəsi tapılmaz ki, orada arı ailələri olmasın. Bu təsərrüfatlar hesabına ölkəmizdə tam ekoloji təmiz bal istehsal edilir. Arıçılıq sahəsi ilə daha çox kişilər məşğul olsa da, qadınlarımızın da sayı az deyil. Belə arıçı xanımlarımızdan biri Qönçə Quliyevadır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Masallının Ərkivan qəsəbəsində yaşayan Qönçə Quliyeva arıçılıqla uşaq yaşlarından məşğul olur və bu sənətin sirlərini atasından öyrənib. Hazırda Qönçə xanımın təsərrüfatında 100-dən çox arı ailəsi var. Atasının yolunu davam etdirən arıçı fermer məşğul olduğu sahədən zövq aldığını deyir: "Mən arılarla nəfəs alıram. 41 ildir arı saxlayıram. Atamın əlinə baxa-baxa öyrənmişəm bu işi. Ailə həyatı qurandan sonra atam evimizə arı yeşiyi gətirdi. İki arı pətəyi ilə şəxsi təsərrüfatımı yaratmağa başladım. Gördüyünüz kimi arı pətəklərinin sayı 100-dən çoxdur və çalışacağam ki, onları 200-ə çatdırım".

Qadın fermer təsərrüfatında daha çox çiçək balı istehsalına üstünlük verir. Qönçə Quliyeva 19 ildir respublikamızda keçirilən bal sərgi-satış yarmarkalarında iştirak edir. Onun son vaxtlar bu sahəyə marağının daha da artmasına səbəb arıçılara dövlət tərəfindən göstərilən diqqətdir. "Əvvəllər belə dəstək olmayıb. İndi sağ olsun dövlətimiz, arıçılığa dəstək verir, fermerlərdə də bu işə həvəs artıb. Hər pətəyə görə aldığım 10 manat subsidiya təsərrüfatımdakı çətinlikləri aradan qaldırıb. 130 pətək almışıq, çərçivələr düzəltdirmişik, digər işləri görmüşük. Bu da gələcəkdə təsərrüfatımızı daha da genişləndirməyə imkan verir", - deyə o bildirib.

Hazırda balın 1 kiloqramını 20 manata satdığını deyən fermer havaların bu il onlar üçün əlverişli keçdiyini söyləyir: "Hər yeşikdən ötən illərdən fərqli olaraq 15 kiloqram təbii bal yığmağı planlaşdırırıq. Bu il havaların əlverişli keçməsi məhsuldarlığı daha da artıracaq. Hətta elə yeşiklərimiz var ki, oradan 25 kiloqrama qədər bal gözləyirik. Çünki sahələrimizdə çiçək çoxdur".

Qönçə xanım arıçılıqda stereotipləri qırmağa çalışır. Bu sahənin nümayəndələrinin həmişə kişilər olması fikri ilə razılaşmır. Kişi sənəti kimi tanınan arıçılıq haqqında xanım arıçının bu sahədə illərdir göstərdiyi işgüzarlıq və fəaliyyət hər kəsi təəccübləndirsə də, o, arıçı qadınların bölgədə sayının çox olmasını istəyir. Qönçə xanım 41 illik təcrübəsini onlarla bölüşmək həvəsindədir. Ən böyük arzusu isə ABAD-la (Ailə Biznesinə Asan Dəstək) əməkdaşlıq edib, balının daha yüksək səviyyədə satışının təmin olunmasıdır.


Xəbərə aid fotolar

Burundidə mədən dağılıb: 9 ölü, 20 yaralı like
  • 20 May 04:21  
Digərləri Burundidə mədən dağılıb: 9 ölü, 20 yaralı

Burundidə koltan mineralının çıxarılması üzrə mədən dağılıb

arrow Ətraflı
Ərdoğan: Bəşəriyyət tarixində ən böyük soyqırımla məhz Türkiyə xalqı qarşılaşıb like
  • 20 May 03:18  
Digərləri Ərdoğan: Bəşəriyyət tarixində ən böyük soyqırımla məhz Türkiyə xalqı qarşılaşıb

Bəşəriyyət tarixində ən böyük soyqırımla məhz Türkiyə xalqı qarş

arrow Ətraflı
"Uğur lazımi anda özü gəlib məni tapır"  FOTO like
  • 20 May 02:30  
Kriminal "Uğur lazımi anda özü gəlib məni tapır" FOTO

İlahə Həsənova: "Ondan 2 tamaşada öyrəndiklərimi sonralar 20 tamaş

arrow Ətraflı
Seria A turnirinin İstanbul mərhələsində gümüş medal like
  • 20 May 01:47  
Digərləri Seria A turnirinin İstanbul mərhələsində gümüş medal

Qadınlardan ibarət milli komandanın lideri İrina Zaretska (-68 kq) İstanbul

arrow Ətraflı
Əri qəhvə hazırlamasa, xanımı ondan boşana bilər  İLGİNC FAKTLAR like
  • 20 May 01:30  
Digərləri Əri qəhvə hazırlamasa, xanımı ondan boşana bilər İLGİNC FAKTLAR

Zamanla dünyada elə hadisələr baş verir ki, heyrətlənməmək mümkün olm

arrow Ətraflı
Almaniyada avtobus aşıb, ölən və yaralananlar var like
  • 20 May 01:28  
Digərləri Almaniyada avtobus aşıb, ölən və yaralananlar var

Almaniyanın Leypsiq şəhəri yaxınlığında "Flixbus" daşıyıcısına məx

arrow Ətraflı
Çingiz Abdullayevin ‘’Şübhəsiz Metamorfoz’’ kitabı fransız oxuyuculara təqdim olunub (FOTO) like
  • 20 May 00:55  
Digərləri Çingiz Abdullayevin ‘’Şübhəsiz Metamorfoz’’ kitabı fransız oxuyuculara təqdim olunub (FOTO)

Fransada fəaliyyət göstərən ‘’Kapaz’’ nəşriyyat evinin fransız d

arrow Ətraflı
Filmin reklamı onun özü qədər önəmlidir like
  • 20 May 00:45  
Kriminal Filmin reklamı onun özü qədər önəmlidir

PR-a böyük vəsait ayrılmalı olduğunu deyən ekspertlər "keyfiyyətli

arrow Ətraflı
"Galatasaray" 22-ci dəfə Türkiyə çempionu olub like
  • 20 May 00:15  
Digərləri "Galatasaray" 22-ci dəfə Türkiyə çempionu olub

Bu gün Türkiyə Super Liqasının 33-cü turunun bir sıra oyunu keçirilib

arrow Ətraflı
Günün qoroskopu: imkanlarınızın səviyyəsinə bir daha nəzər salın like
  • 20 May 00:01  
Digərləri Günün qoroskopu: imkanlarınızın səviyyəsinə bir daha nəzər salın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Nazir Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib  FOTO like
  • 19 May 23:55  
Digərləri Nazir Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib FOTO

"OPEC plus" Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclas

arrow Ətraflı