Almaniyada avtobus aşıb, ölən və yaralananlar var


Digərləri 20 May 2019 01:28:00 196 0

Almaniyada avtobus aşıb, ölən və yaralananlar var

Almaniyanın Leypsiq şəhəri yaxınlığında "Flixbus" daşıyıcısına məxsus şəhərlərarası hərəkət edən avtobus aşıb

Bakı. Almaniyanın Leypsiq şəhəri yaxınlığında "Flixbus" daşıyıcısına məxsus şəhərlərarası hərəkət edən avtobus aşıb. Trend-in "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində bir nəfər həlak olub, onlarla insan yaralanıb. Xəsarət alanlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edilir ki, avtobusda 74 sərnişin olub. Qəzanın səbəbi hələki bildirilmir.