"Galatasaray" 22-ci dəfə Türkiyə çempionu olub


Digərləri 20 May 2019 00:15:00 192 0

"Galatasaray" 22-ci dəfə Türkiyə çempionu olub

Bu gün Türkiyə Super Liqasının 33-cü turunun bir sıra oyunu keçirilib

Bakı. Bu gün Türkiyə Super Liqasının 33-cü turunun bir sıra oyunu keçirilib. Trend-in məlumatına görə, "Qalatasaray" klubu 33-cü tur çərçivəsində "Başakşəhər"i qəbul edib. Oyunda ilk hesabı açan tərəf qonaqlar olsada, ev sahibi ikinci hissədə rəqibin qapısından iki top keçirərək qalibiyyətə nail olub. Oyunda qolları R.Bayiç (17-ci dəqiqə), S.Fequli (47-ci dəqiqə) və Q.Onyekuru (64-cü dəqiqə) vurublar.