Ramazanda mədəmizin dostu olan zeytun yağının 16 FAYDASI


Digərləri 19 May 2019 22:55:00 290 0

Ramazanda mədəmizin dostu olan zeytun yağının 16 FAYDASI

Zeytun yağı mədəni qoruyan xüsusiyyətə malikdir və həzmi asanlaşdırır.

Son.az ölkə.az-a istinadən bildirir ki, iftar yeməklərində zeytun yağına üstünlük vermək çox önəmlidir.

Zeytun yağının 16 faydasını oxucularımızla bölüşürük.

1.Zeytun yağı 100 faiz təbii meyvə suyudur Zeytun yağında zeytunun ləzzəti, qoxusu və aroması olduğu kimi qalır. 

2.Zeytun yağı Aralıq dənizi pəhrizinin əsasıdır Sağlam bir pəhriz üçün zeytun yağı çox vacibdir. Uzun müddət qəbul edəndə arıqlamağa kömək edir. Qidalarınızı zeytun yağında hazırlayın.

3.Tərkibi Zeytun yağının tərkibindəki yüksək miqdarda olan oleik turşusu əsas yağ turşusudur. Bu yağın tərkibi doymamış yağ turşuları ilə zəngin olduğu üçün ən sağlam yağ sayılır.

4.Anti oksidant mənbəyi Zeytun yağının tərkibindəki oleik turşu, polifenol və vitaminlər erkən qocalmanın qarşısını alır. Beyin hüceyrələrini qoruyur və Alzheimer kimi xəstəliklərin inkişafını əngəlləyir.

5.Ürək və damara faydası Zeytun yağı ürək və damar xəstəliklərinin qarşısını alır. Qandakı xolesterol və LDL xolesterolunun miqdarını azaldır. HDL xolesterolunu isə artırır.

6.İltihaba qarşı Təbii süzmə zeytun yağının tərkibindəki polifonel iltihabın qarşısını alır.

7.İmmuniteti gücləndirir Zeytun yağı qəbul etmək mikro orqanizm, bakteriya və viruslardan gələn xarici hücumlara qarşı immunitet sistemini gücləndirir.

Tərkibində oleik turşu miqdarı çox olduğu üçün digər bitki və heyvan yağlarına görə daha faydalıdır. Tərəvəz və ətləri qızardanda istilik zeytun yağının strukturunu pozmur.

9.Xolesterolu azaldır Xolesterol heyvan mənşəli qidalarda olan yağlı maddədir. Bu isə ürək-damar xəstəlikləri riskinin əsas faktorlarından biridir və qanda xolesterol miqdarını artırır. Zeytun yağı isə ziyanlı xolesterolu azaldır.