Hamiləlikdə bunu yemək uşaqların zəkasını güclü edir ELMİ ARAŞDIRMA


Digərləri 19 May 2019 22:44:00 236 0

Hamiləlikdə bunu yemək uşaqların zəkasını güclü edir  ELMİ ARAŞDIRMA

İspaniyada keçirilən yeni bir araşdırmada məlum olub ki, hamiləlikdə sərt qabıqlı qoz-fındıq yemək uşaqların zəkasının inkişafına daha müsbət təsir göstərir.

Son.az xəbər verir ki, Barselona Qlobal Səhiyyə İnstitutunda aparılan tədqiqatda hamiləliyin ilk 3 ayında sərt qabıqlı qoz-fındıq yeyən anaların uşaqlarının zəkasının və yaddaşının daha yaxşı inkişaf etdiyi müşahidə olunub.

Tədqiqat İspaniyada 2200 hamilə qadın və uşaqları üzərində aparılıb. Ana olmağa hazırlaşan qadınlar hamiləliyin ilk 3 ayında həftədə 3 dəfə 30 qrama qədər qoz-fındıq yeyib.

Araşdırma rəhbəri Florens Jinyakın sözlərinə görə, uşağın beyninin inkişafı üçün hamiləlikdə qoz-fındıq kimi çərəzlər vacibdir. O, tədqiqatla bağlı bunları deyib:

"Hamiləlik müddətində beyin bir sıra mürəkkəb prosesdən keçir. Ananın qidalanması uşağın beyin inkişafında mühüm amildir və uzunmüddətli təsirləri olur.