İTV "Avroviziya2019" zamanı Azərbaycan xəritəsi ilə bağlı yol verilən səhvə görə Avropa Yayımları Birliyinə müraciət edib FOTO


Digərləri 19 May 2019 22:49:00 247 0

İTV "Avroviziya2019" zamanı Azərbaycan xəritəsi ilə bağlı yol verilən səhvə görə Avropa Yayımları Birliyinə müraciət edib  FOTO

İTV "Avroviziya-2019" zamanı Azərbaycan xəritəsi ilə bağlı yol verilən səhvə görə Avropa Yayımları Birliyinə müraciət edib.

Son.az xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Facebook" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Dünən "Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilmədiyi aşkarlanıb. Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyir".


Xəbərə aid foto