Bu pəhriz ürək çatışmazlığının qarşısını alır


Digərləri 19 May 2019 22:14:00 258 0

Bu pəhriz ürək çatışmazlığının qarşısını alır

DASH (Dietik yanaşma və hipertoniyanı sonlandırma) pəhrizi ürək çatışmazlığını 50 faiz azaldır.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bunu amerikalı alimlər 13 illik təcrübəyə əsasən bildiriblər.

Mütəxəssislər 13 il ərzində 75 yaşa qədər insanların qidalanmasını müşahidə ediblər. Təcrübənin nəticələri "American Journal of Preventive Medicine" jurnalında dərc edilib.

"Təcrübə göstərdi ki, DASH pəhrizini tətbiq etmək ürək çatışmazlığı riskini azaldır. Bu, istənilən dərmandan daha effektivdir", - deyə tədqiqatın müəllifi Klaudiya Kampos deyib.