Qadınlarda xərçəngin 12 qeyriadi ƏLAMƏTİ


Digərləri 19 May 2019 21:54:00 203 0

Qadınlarda xərçəngin 12 qeyriadi ƏLAMƏTİ

Son illərin ən böyük bəlası xərçəng xəstəliyidir. İl ərzində milyonlarla insan bu sağalmaz dərdin qurbanı olur.

Son.az ölkə.az-a istinadən qadınlarda üzə çıxan xərçəng xəstəliyinin əlamətlərini təqdim edir.

Qadın orqanizmində daimi dəyişikliklər baş verir. Qadının yaşı artdıqca, bədənindəki dəyişikliklər də çoxalır.

Əfsuslar olsun ki, qadın orqanizmində baş verən bəzi dəyişikliklər ilk baxışdan adı bir hal kimi qəbul edilə bilər, amma əslində bu belə deyil. Bəzi hallarda bu, xərçəngin əlamətləri ola bilər. Bu əlamətlər barədə hamı, xüsusilə də qadınlar məlumatlı olmalıdırlar.

Buna görə də qadın üçün orqanizmində baş verən dəyişikliklərə nəzarət etmək çox vacibdir. Çünki bədən nəyinsə səhv getdiyini işarə verməyə qadirdir. Yeni əlaməti və ya yeni dəyişikliyi gördükdə buna mütləq fikir verilməli və həkimə müraciət olunmalıdır.

Qadınların əksəriyyəti xərçəngin aşağıda göstərilən əlamətlərinə əhəmiyyət vermir:

Qıcqırma

Qıcqırmaya səbəb, yağlı, şirin və ya alkoqolun həddindən artıq istifadəsi ola bilər. Bu cür qıcqırma çox davam etmir. Lakin qıcqırma keçmirsə və ya daha da artırsa, bu mədənin, yumurtalıqların və ya boğaz xərçənginin əlaməti ola bilər. Bundan savayı, daimi qıcqırma qida borusunun divarlarının zədələnməsinə səbəb olur və bu boğaz xərçənginin inkişafının riskını artırır.

Ağız boşluğundakı  dəyişikliklər

Siqaret çəkən qadınların ağız boşluğunda ağ, sarı və ya boz ləkələr əmələ gəlir. Həmin ləkələr getdikcə yaralara çevrilib, arta bilir və bu da nəticədə ağız boşluğunun xərçənginə səbəb olur.

Sinədə dəyişikliklər

Bilmək vacibdir ki, əksər hallarda sinədə yaranan düyün  heç də xərçəng demək deyil. Lakin, süd vəzilərində bərkimə müşahidə etdikdə, həkim məsləhəti mütləqdir. Əgər döş gilələrində ifrazat əmələ gəlibsə, gilələr geri çəkilib, qızarıb, qabığı soyulur və ya ölçüsünü dəyişibsə, bütün bunları mütləq şəkildə həkimə bildirmək lazımdır.

Qarın köpü

"NYU Langone" tibb mərkəzinin onkoloqu Marlen Mayersin sözlərinə görə, qadınlar tez-tez qarın köpündən şikayət edirlər. Amma köpmə keçməyib, çəki itkisi və ya qanaxma ilə müşayiət edilirsə, bu həyəcan siqnalına səbəb olmalıdır. Qarnın daimi köpməsi xərçəngin əlamətlərindən biri ola bilər. Bu yoğun bağırsaqın, yumurtalıqların, həzm yolunun və ya mədəaltı vəzinin xərçəngi ola bilər. 

Aybaşı arasında olan qanaxmalar

Əgər aybaşılar arasında qanaxmalar baş verirsə, mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Aybaşına aid olmayan hər hansı qanaxmanın müxtəlif səbəbləri ola bilər. Bu adi ovulyasiya əlaməti olduğu kimi, həmçinin uşaqlıqın, uşaqlıq yolunun, uşaqlıq boyuncuğunun xərçənginin simptomları da ola bilər.

Dırnaqlarda dəyişiklik