Bu məhsullar qan damarlarını daraldır SİYAHI


Digərləri 19 May 2019 21:59:00 192 0

Bu məhsullar qan damarlarını daraldır  SİYAHI

Qan damarları vücudumuzdakı qan təzyiqini tarazlamaq, lazımi orqanlara oksigen və qida daşımaq, qan və ya maye azlığının qarşısını almaq üçün daralır. Bəzən də yediyimiz yeməklər qan damarlarımızı daraldaraq yüksək təzyiq və baş ağrılarına səbəb olur.

Son.az yenicag.az-a istinadən qan damarlarımızı daraldan məhsulların siyahısını təqdim edir:

1. Biyan kökü - Bəzi insanlar öskürək, mədə turşusu, boğaz ağrısı kimi xəstəliklərin müalicəsində biyan kökündən istifadə edir. Lakin davamlı olaraq qəbul edildikdə, yüksək qan təzyiqinin qalxmasına səbəb olur.

2. Kofein - Çay və ya qəhvə içməyin nəyə görə baş ağrısını azaltdığını bilirsinizmi? Miqren ağrısı baş verdikdə qan damarları genişlənərək qanla dolur və ağrıya yol açır. Kofeinli içkilər içdiyiniz zaman isə qan damarlarınız büzülür, artıq qanı uzaqlaşdırır və ağrını azaldır.

3. Trans yağlı qidalar - Keks, çörək, mikrodalğada partladılmış qarğıdalı, çoxlu marqarin, biskivit və kremlə dolu şirniyyatlardakı yağlar xolesterini yüksəltdiyi üçün arteriya damarlarını tıxayır. Həmçinin, yağlı ət tikələri də xolesterini artırır.