Dərinin elastikliyi və təbii gözəlliyi qorumağa kömək edən 10 faydalı məhsul


Digərləri 19 May 2019 21:30:00 264 0

Dərinin elastikliyi və təbii gözəlliyi qorumağa kömək edən 10 faydalı məhsul

Dəri bədənimizin ən böyük orqanıdır və həyat tərzimiz onda əks olunur. Əgər sağlam qidalanır, məşq edir və stressdən uzaq durmağa çalışırsınızsa, dəri yaxşı görünür. Bir çox məhsulun tərkibinə bədənin təmizlənməsinə və qocalma prosesini ləngitməyə kömək edən antioksidantlar daxildir.

Son.az bu yazıda oxucuları dərinin sağlam və parlaq olmasını təmin edən faydalı bitkilərlə tanış edib.

1. Tərə

Tərə kalsium, kalium, maqnezium, fosforun əla qaynağıdır. Bu, qan dövranını yaxşılaşdırır və bədəni təmizləyir. Bu bitki immuniteti gücləndirir, həzmini yaxşılaşdırır və yod tərkibi sayəsində tiroid vəzinə dəstək verir.

2. Qırmızı bibər

C vitaminindən savayı karotenoid adlanan güclü antioksidantları ehtiva edir. Onlar anti-iltihablı bir çox xüsusiyyətlərə malikdir və dərini günəşin zərərli təsirlərindən, çirklənmədən və ətraf mühitin toksinlərindən qorunmasına kömək edə bilər.

3. Papaya (Qovunağacı)

Bu dadlı ekzotik meyvə müxtəlif antioksidantlar, vitaminlər və minerallarla zəngindir, bu da cildin elastikliyini yaxşılaşdırmağa, nazik xətlər və mimik qırışların görünüşünü minimuma endirir.

4. Qarağat

Qarağat A və C vitaminləri, həmçinin antosiyanin antioksidantları ilə zəngindir. Dərini zərərdən qoruyur, təmizləyir və təbii yenilənməni funksiyasını yerinə yetirir.

5. Brokoli

Brokoli vitamin C və K, folate, lutein və kalsiumla zəngindir.

6. İspanaq