Enerjimizə ciddi təsir edən 4 sadə vərdiş


Digərləri 19 May 2019 21:10:00 245 0

Enerjimizə ciddi təsir edən 4 sadə vərdiş

Yuxudan durduqdan sonra yatağınızı düzəldirsiniz? Birinci baxışda bu əhəmiyyətsiz görünür. Lakin bionergetiklər iddia edir ki, yastıq və yorğanı səliqə-səhmana salmaq həyatımıza həqiqətən təsir edir.

Son.az xəbər verir ki, kiçik fəaliyyətlər bizə özümüzü daha inamlı hiss etməyə imkan verir. Dünya bütün xaosa bürünmüş kimi görünsə belə, gündəlik ayinlər bir insana yalnız rahatlıq hissi vermir, həm də nəzarəti hissini gücləndirir. Əslində, hər birimiz düşündüyümüzdən daha çox gücə sahibik.

Aşağıda gündəlik həyatı asanlaşdırmaq üçün əhəmiyyətli bir neçə ipucu verilib.

1. Səhər yeməyini gözəl masa arxasında edin. İş masası, metro və ya avtomobildə deyil. Mümkün qədər tez yeməyə çalışmaqla bədənin ehtiyaclarının şüurlu şəkildə təmin olunmasına daha az vaxt sərf edirsiniz. Lakin bu zaman bədən həzm prosesinə daha çox vaxt və enerji sərf edir. Hətta bir fincan çay və ya qəhvə böyük fərq yaradır! Rahat orutub çayınızı için, yeməyinizi yeyin və andan zövq alın.

2. Bütün cihazların ekranını silin. Telefon və planşetin ekranını sonuncu dəfə nə zaman sildiyinizi xatırlayırsınız? Bütün gün süni işığa baxmağa məcbur olan gözlərinizə hörmət edin. Telefonda və kompüter önündə keçirdiyiniz saatlar sizə daha xoş gələcək. Telefonun ekranı çatlayıbsa, onu təzəsi ilə əvəz edin. Çatlamış ekran gözəl görünmür və bunun necə baş verməsi mümhüm deyil.

3. İstirahət üçün vaxt ayırın. Gün ərzində istirahət üçün özünüzə vaxt ayırın. Əgər bu vaxtı kimsə sizi narahat edirsə, ona əlinizdə tutduğunuz çay fincanını göstərib gülümsəyin. Bu, onu ifadə edir ki, "İndi yox". Hərdən öz qayğımıza qalmalı və yenilənmək üçün bizə noutbuklardan daha çox vaxt lazım olur.