Yeni Kaledoniya sahillərində güclü zəlzələ olub


Dünya 19 May 2019 21:00:00 237 0

Yeni Kaledoniya sahillərində güclü zəlzələ olub

Yeni Kaledoniya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə 14:56 qeydə alınan yeraltı təkanların episentri Todin şəhərindən 168 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinliyində yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.