Rusiya Universitetinin kafedra müdiri: Yarışdan yarışa Azərbaycanın gimnast komandasının peşəkarlıq səviyyəsi yüksəlir


Digərləri 19 May 2019 19:29:00 198 0

Rusiya Universitetinin kafedra müdiri: Yarışdan yarışa Azərbaycanın gimnast komandasının peşəkarlıq səviyyəsi yüksəlir

Yarışdan yarışa Azərbaycanın gimnast komandasının peşəkarlıq səviyyəsi yüksəlir.

Bakı. Cani Babayeva - Yarışdan yarışa Azərbaycanın gimnast komandasının peşəkarlıq səviyyəsi yüksəlir. Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə 35-ci Avropa çempionatını izləyən P.F.Lesqaft adına İdman və Sağlamlıq Milli Dövlət Universitetinin Gimnastikanın nəzəriyyəsi və metdodikası kafedrasının müdiri (Rusiya, Sankt-Peterburq) Raisa Terexina deyib. O bildirib: "Bakıya gəlməyi sevirik, çünki bura çox gözəl şəhərdir, bizi çox xoş qarşılayırlar, yaxşı yarışlar keçirilir. Əlbəttə, bizlər - yəni mütəxəssislər üçün əsas Avropa gimnastika məkanında bədii gimnastikanın inkişaf səviyyəsini izləməkdir. Sevindirici haldır ki, bir çox ölkələr gimnastikada səviyyəsni yüksəldib, liderlərin arxasınca gedirlər və artıq çox maraqlı proqramlar göstərirlər". R.Terexinanın sözlərinə görə, Azərbaycanın gimnast komandasının peşəkarlıq səviyyəsi yüksəlib: "Azərbyan komandası daim inkişaf edir, mənə elə gəlir ki, komanda ilə işləyən mütəxəssislər yaxşı çalışırlar və hər yarışda komandanın peşəkarlıq səviyyəsinin yüksəldiyi görünür". O, Bakıda yarışların çox yüsək səviyyədə keçdiyini də xüsusi qeyd edərək deyib: "Bakıda yarışlar həmişə yaxşı keçir, hər şeyin çox dəqiq hazırlandığı görünür. Bədii gimnastika üzrə Dünya çempionatında da bura gəlməyə ümid edirik. Azərbaycana gəlmək həmişə xoşdur, çünki yarışların hazırlanması məsələsində sizin çox savadlı, peşəkar mütəxssisləriniz var".