Cazibədar görünməyin


Digərləri 19 May 2019 19:10:00 231 0

Cazibədar görünməyin

Qadınlar hər zaman cazibədar və diqqət çəkici görünmək istəyirlər. Təbii ki, burada ən vacib şərt hər zaman tərz sahibi olmaqdır. Amma bunun üçün də müəyyən dəb qaydalarına əməl etmək lazımdır. Son.az-ın lent.az-a istinadən verəcəyi bu məsləhətlərlə hər zaman diqqət mərkəzində olacaqsınız.

1. Büsqalterinizin sinə ölçülərinizə uyğun olduğundan əmin olun: Sinə uclarınız, çiyin və dirsəklərinizin tam ortasında olmalıdır.

2. Ayaqlarınızı olduğundan daha kiçik göstərmək istəyirsinizsə, cins şalvarınızın cibləri böyük, düz və bir-birinə yaxın olmalıdır.

3. Seçdiyiniz naxışlar bədən tipinizə uyğun olmalıdır. Bədəniniz nə qədər iridirsə, naxışlar da o qədər böyük olmalıdır.

4. Daha arıq və uzun görünmək istəyirsinizsə, başdan aşağı bir tonda geyinin. Bu ağ rəng üçün də keçərlidir.

5. Düz xətli paltarlar, ziqzaq naxışlar və asimetrik ətək boylarına yönəlin. Aşağıya doğru istiqamətlər hər zaman daha arıq göstərir.

6. Ayaqlarınızı daha qüsursuz göstərmək üçün dizinizin, ya üstündə, ya da altındakı boyda ətəkləri seçin.


Xəbərə aid fotolar