Eyfelin əsəri Budapeştin gözəl vağzalı VİDEO


Digərləri 19 May 2019 19:15:00 212 0

Eyfelin əsəri  Budapeştin gözəl vağzalı  VİDEO

Budapeştin "Nyuqati" qərb dəmir yolu vağzalı "Keleti" şərq vağzalı və "Dehli" cənub vağzalı ilə bərabər Macarıstan paytaxtının üç əsas vağzallarından biri və demək olar ki, onlardan ən gözəlidir. Son.az AZƏRTAC-a istinadən bildirir ki, adından da bəlli olduğu kimi, buradan qatarlar qərb istiqamətinə yollanır. Vağzala yerləşdiyi meydanın adı verilib. Əvvəlcə burada 1846-cı ildə açılan ilk Budapeşt-Vats dəmir yolu stansiyası var idi. O vaxt yeni binanın tikintisini məşhur memar Qustav Eyfelin - Parisdəki tanınmış qüllənin müəllifinin şirkəti aparırdı. İnşaat işləri isə 1877-ci il oktyabrın 28-də başa çatmışdı. Stansiyanın işini pozmadan və müvafiq olaraq, əvvəlki binanı dağıtmadan yeni konstruksiyalar qurmaq tikintiyə çətinlik yaradırdı. Dahi memar əvvəlki qurğunun üzərində pavilyon tikməklə bu məsələnin həlli yolunu tapdı.

İşlər başa çatdıqdan sonra köhnə konstruksiyalar söküldü.

1911-ci ildə vağzalın deposunda Avropada ən iri dəmir yolu muzeyi olan Budapeştin Dəmir Yolları Muzeyi açıldı.

Bəlkə də elə bir turist yoxdur ki, Macarıstan paytaxtına gəldiyi zaman bu gözəl yeri görməsin.