Misirdə ehramlar yaxınlığında partlayış:


Dünya 19 May 2019 18:40:00 208 0

Misirdə ehramlar yaxınlığında partlayış:

Qahirədə turistləri daşıyan avtobusun yaxınlığında partlayış olub.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, partlayış nəticəsində avtobusun 17 sərnişini yaralanıb. Hələlik onların durumu barədə dəqiq məlumat yoxdur.

Bəzi məlumatlara görə, partlayış Böyük Misir muzeyi və Cizə ehramı yaxınlığında partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.