Səudiyyə Ərəbistanı müharibəyə hazırdır


Dünya 19 May 2019 18:44:00 208 0

Səudiyyə Ərəbistanı müharibəyə hazırdır

Səudiyyə Ərəbistanı müharibəyə can atmır, lakin istənilən hücuma qətiyyətlə cavab verməyə hazırdır. 

Son.az oxu.az-a istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr bəyan edib. 

O, İranı bölgədəki vəziyyəti gərginləşdirməkdə, habelə Birləşmiş Ərəb Əmirliklərində Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə hücumda ittiham edib. 

"Əgər digər tərəf silahlı qarşıdurma yolunu seçsə, Ər-Riyad tam gücü və qətiyyəti ilə cavab verəcək", - nazir vurğulayıb.