Nepalda avtobus çaya düşüb:


Dünya 19 May 2019 18:47:00 208 0

Nepalda avtobus çaya düşüb:

Nepalda sərnişin avtobusunun çaya düşməsi nəticəsində beş nəfər həlak olub, 29 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Himalayan Times" qəzeti yazıb.

Məlumata əsasən, avtobus bu gün səhər saatlarında Dhadinq rayonunda Trisuli çayına düşüb.

Xatırladaq ki, 4 sərnişin yerində həlak olub, bir nəfər isə aldığı yaralardan xəstəxanada dünyasını dəyişib.