Türkiyə təyyarəsi İranda təcili eniş etdi


Dünya 19 May 2019 18:28:36 189 0

Türkiyə təyyarəsi İranda təcili eniş etdi

Yeni Dehlidən İstanbul istiqamətində uçan Türkish Airline Hava Yollarına məxsus təyyarə Tehranın Mehrabad hava limanında təcili eniş edib.

Bunu İranın Mülki Aviasiya Təşkilatının hava qəzalarının araşdırılması üzrə idarəsinin baş direktoru Hüseyn Rzayifər deyib.

Son.az xəbər verir ki, bu barədə Trend Gənc Jurnalistlər Klubuna istinadən məlumat verib.

H.Rzayifərin sözlərinə görə, təyyarə bir sərnişinin vəziyyəti pisləşdiyinə görə təcili eniş edib.

Təyyarə eniş etdikdən sonra, təcili yardım sərnişini müayinə etmək istəsə də, yaşlı sərnişin dünyasını dəyişib.