Rusiyalı gimnast növbəti qızıl medal qazanıb


Digərləri 19 May 2019 17:54:37 186 0

Rusiyalı gimnast növbəti qızıl medal qazanıb

Rusiyalı gimnast Dina Averina Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatının lent ilə hərəkətlərdə qızıl medalını qazanıb

Bakı. Cani Babayeva - Rusiyalı gimnast Dina Averina Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatının lent ilə hərəkətlərdə qızıl medalını qazanıb. Trend-in məlumatına görə, o, finalda 20.400 bal toplayıb. Qeyd edək ki, öncə Dina Averina halqa ilə cıxışında da qızıl medal qazanıb. İkinci yeri Rusiya təmsilçisi Aleksandra Soldatova tutub (20.300 bal), ücüncü yerdə Bolqarıstanlı idmançı Katrin Taseva (19.750 bal) qərarlaşıb. Xatırladaq ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatının final mərhələsinın yarışları davam edir.