Gürcüstan DİN: "Seçki məntəqələrində 5 nəfər saxlanılıb"


Dünya 19 May 2019 17:46:00 209 0

Gürcüstan DİN: "Seçki məntəqələrində 5 nəfər saxlanılıb"

Gürcüstanda polis seçki məntəqələrində baş verən insidentlərlə əlaqədar 5 nəfəri saxlayıb.

Son.az ONA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan Daxili işlər nazirinin müavini Natia Mezvrişvili bildirib.

Saxlanılanlar iqtidar partiyası da daxil olmaqla, müxtəlif partiyaların üzvləridir.

Qeyd edək ki, bu gün Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli, o cümlədən Zestafoni, Xulo, Çiatura və Zuqdidinin meri postuna seçkilər keçirilir. Saqareco, Ahmeta, Adigeni, Tkibuli, Zestafoni, Çiatura, Ozurqeti və Tsxaltuboda bələdiyyə Məclisinin üzvləri də seçiləcək.

Paralel olaraq Salome Zurabişvilinin prezident seçilməsi ilə əlaqədar Tbilisidə Mtatsminda majoritar dairəsində aralıq parlament seçkiləri keçirilir.