"Ən pozitiv və yaddaqalan Aysellə Araşın çıxışı olub" FOTO


Şou-biznes 19 May 2019 17:26:00 233 0

"Ən pozitiv və yaddaqalan Aysellə Araşın çıxışı olub"  FOTO

"Eurovision" təmsilçilərimizdən olan Əməkdar artist Səbinə Babayeva yarışma haqda fikirlərini bölüşüb.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni bildirib ki, indiyənə qədər Azərbaycanlı təmsilçilər arasından ən bəyəndiyi çıxış Aysel Teymurzadə və Araş olub:

"Həm yaddaşımda, həm ürəyimdə yalnız bir nömrəmiz qalıb: o da Ayselin çıxışı idi".

Səbinə ona yazılan "Çingiz də geri qalmadı" şərhinə "Geridə qalanlar çoxdur, amma Çingiz deyil. Çıxışlarımızın əksəriyyəti gözəldir, keyfiyyətlidir. Sadəcə, mənim zövq və ürəyimə görə ən yaddaqalan, xoş, pozitiv atmosferlə dolu, şən və hətta Avropada məşhur olan məhz Aysel və Araşın mahnısı olub" cavabını yazıb.


Xəbərə aid foto