Şəki sakini bir çanta narkotiklə tutuldu


Kriminal 19 May 2019 17:13:00 262 0

Şəki sakini bir çanta narkotiklə tutuldu

Çantada 20 kiloqrama yaxın narkotik daşıyan Şəki sakini saxlanılıb. 

Bu barədə Son.az-a DİN mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları mayın 17-də daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Şəki şəhər sakini, 51 yaşlı Zakir Baxışov qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilindiyindən tutularaq Polis Şöbəsinə gətirilib. 

Onun əlindəki çantaya baxış keçirilən zaman oradan ümumi çəkisi 19 kiloqram 140 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı Z. Baxışov həmin narkotik vasitəni Qax rayonu Qaşqaçay kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini və satmaq məqsədilə Balakən rayonuna gətirdiyini bildirib.