Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qalib komandaları mükafatlandırılıb


Digərləri 19 May 2019 14:58:57 210 0

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qalib komandaları mükafatlandırılıb

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa çempionatının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa çempionatının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, mükafatlar beş və beş lentlər qrup hərəkətləri üzrə qaliblərə verilib. Beş halqa ilə hərəkətlərdə Avropa çempionu adını Rusiya komandası (24.450 xal) qazanıb. Ukrayna komandası (23.400 xal) gümüş, Belarus komandası (23.250 xal) bürünc medallara sahib olub. Mükafatları Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsinin üzvü Paolo Frizinq, UEG-in bədii gimnastika üzrə texnki komitəsinin üzvü Pankrasiya Sirvent Mut və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim edib.