Rusiyalı gimnastlar Avropa çempionatında ikinci qızıl medalı qazanıblar


Digərləri 19 May 2019 13:50:17 179 0

Rusiyalı gimnastlar Avropa çempionatında ikinci qızıl medalı qazanıblar

Rusiya komandası 21.000 balla bədii gimnastika üzrə 35-ci Avropa çempionatında beş lenltə ilə hərəkətlərdə qızıl medal qazanıb

Bakı. Cani Babayeva - Rusiya komandası 21.000 balla bədii gimnastika üzrə 35-ci Avropa çempionatında beş lentlə ilə hərəkətlərdə qızıl medal qazanıb. Trend-in məlumatına görə, bu, komandanın Avropa çempionatında qazandığı artıq ikinci qızıl medaldır. İsrail komandası beş lent ilə hərəkətlərdə gümüş, 19.000 bal toplayan Belarus komandası isə bürünc medal qazanıb. Xatırladaq ki, Bakıda Milli Gimnastika Arenasında Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı başlayıb. Bu gün mübarizə altı komplekt medallar uğrunda aparılacaq (fərdi hərəkətlər üzrə dörd medal, qrup çıxışları üzrə isə iki medal).