İranın cənubunda 1,5 ton narkotik aşkarlandı


Dünya 19 May 2019 12:32:24 219 0

İranın cənubunda 1,5 ton narkotik aşkarlandı

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Zahidan rayonunda 1,55 ton narkotik maddə aşkarlanıb.

Bunu İranın Sistan və Bəluçestan vilayəti hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri deyib.

Son.az xəbər verir ki, bu barədə Trend İRNA-ya istinadən məlumat verib.

M.Qənbərinin sözlərinə görə, vilayətin narkotik maddələrlə mübarizə polisinin keçirdiyi əməliyyat nəticəsində 2 nəfər saxlanılıb.