İranın cənubunda 1,5 ton narkotik aşkarlandı


Digərləri 19 May 2019 12:26:00 187 0

İranın cənubunda 1,5 ton narkotik aşkarlandı

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Zahidan rayonunda 1,55 ton narkotik maddə aşkarlanıb

Bakı. Elnur Bağışov - İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Zahidan rayonunda 1,55 ton narkotik maddə aşkarlanıb. Bunu İranın Sistan və Bəluçestan vilayəti hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri deyib. Bu barədə Trend İRNA-ya istinadən məlumat verib. M.Qənbərinin sözlərinə görə, vilayətin narkotik maddələrlə mübarizə polisinin keçirdiyi əməliyyat nəticəsində 2 nəfər saxlanılıb.