Şvarseneqqerə Afrikada hücum ediblər...


Digərləri 19 May 2019 12:16:00 195 0

Şvarseneqqerə Afrikada hücum ediblər...

Aktyor Arnold Şvarseneqqerə Cənubi Afrikada hücum ediblər.

Son.az axşam.az-a istinadən bildirir ki, hadisə "Arnold Sports Africa"da, aktyor məşq keçən zaman baş tutub.

Arnold eyni zamanda pərəstişkarları ilə görüşüb, onlarla şəkil çəkdirib və avtoqraf paylayıb. İnsanlarla mehriban davranmağa çalışan aktyor gözləmədiyi hadisə ilə qarşılaşıb. Qəfildən bir nəfər qaça-qaça gələrək ona hücum edib.

Ətrafdakılar həmin şəxsi tutub, Şvarseneqqer isə heç bir xəsarət almayıb. Onun nə üçün belə addım atdığı araşdırılır.