"Stress, problem oldu, amma əlimdən gələni etdim"


Digərləri 19 May 2019 11:26:00 245 0

"Stress, problem oldu, amma əlimdən gələni etdim"

"Eurovision 2019" təmsilçimiz Çingiz Mustafayev "Truth" mahnısı ilə yeddinci yeri tutub.

Son.az axşam.az-a istinadən bildirir ki, aparıcı-müğənni və yarışmanın Azərbaycan üzrə şərhçisi Murad Arif müğənninin videosunu yayıb.

"İnstaqram-da yazırlar ki, sən bizim üçün birincisən. Sizləri sevirəm. Əlimdən nə gəldi etdim. Nə edə bilərdiksə, hamısını etdik. Gərginlik, stress, səsimdə problem oldu, amma oxudum. Kifayət qədər yaxşı oxudum", - Çingiz söyləyib. 

Qeyd edək ki, yarışmanın qalibi Niderland təmsilçisi Duncan Laurens və onun səsləndirdiyi "Arcade" mahnısı olub.