FHN Bakıda yanan ticarət mərkəzi ilə bağlı məlumat yaydı


Digərləri 19 May 2019 11:10:00 204 0

FHN Bakıda yanan ticarət mərkəzi ilə bağlı məlumat yaydı

Bakı şəhərinin Xəzər rayonunda hər mərtəbəsi 3400 m² olan üçmərtəbəli tikilinin (ticarət mərkəzi kimi fəaliyyət göstərir) zirzəmisində rəflərə yığılan parça materiallar 100 m² sahədə yanıb.

FHN-dən Son.az-a verilən məlumata görə, tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.