“Eurovision”da növbəti Fələstin mesajı


Digərləri 19 May 2019 10:26:00 233 0

“Eurovision”da növbəti Fələstin mesajı

İsraildə baş tutan 64-cü "Eurovision" yarışmasının finalına pop-ulduz Madonnanın "Fələstin" mesajı damğa vurub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Madonna bir çox ölkələrdən gələn etirazlara baxmayaraq, səhnə aldığı Tel-Əvivdəki yarışmanın finalında səsvermədən əvvəl 2 mahnı səsləndirib. Amerikalı müğənninin ifa etdiyi "Future" mahnısı zamanı səhnəyə çıxan iki rəqqas diqqət çəkib. 

Rəqqaslardan birinin üzərində Fələstin, digərində isə İsrail bayrağı olması yarışmanı kölgədə buraxıb. 

Müsabiqənin təşkilatçıları bildiriblər ki, Madonnanın çıxışı zamanı bayraqların nümayişi Avropa Yayım Şurası və İsrail Milli Teleradio şirkəti ilə razılaşdırılmayıb.