Türkiyə İraqda PKKnın mövqelərini bombaladı


Dünya 19 May 2019 09:53:00 193 0

Türkiyə İraqda PKKnın mövqelərini bombaladı

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumata əsasən, zərbələr İraqın şimalında yerləşən Metina rayonuna endirilib.

Zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.