Yeni Kaledoniya sahillərində güclü zəlzələ olub


Dünya 19 May 2019 09:36:00 208 0

Yeni Kaledoniya sahillərində güclü zəlzələ olub

Yeni Kaledoniya sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

Son.az bildirir ki, Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Tadine yaşayış məntəqəsindən 178 kilometr şərqdə, ocağı isə 14 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.