Bakıda 22 yaşlı ana 4 yaşlı qızı ilə birlikdə itkin düşdü


Digərləri 19 May 2019 08:59:00 185 0

Bakıda 22 yaşlı ana 4 yaşlı qızı ilə birlikdə itkin düşdü

Bakıda ana azyaşlı qızı ilə birlikdə itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Gəncə prospekti, 72 saylı ünvanda kirayədə yaşayan 1997-ci il təvəllüdlü Tağıyeva Qəmər İsi qızı və onunla birlikdə yaşayan qızı, 2015-ci il təvəllüdlü Tağıyeva Xədicə Elnur qızı mayın 16-da səhər saatlarında yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Faktla bağlı araşdırma aparılır.