Hondurasda təyyarə dənizə düşüb, ölənlər var


Digərləri 19 May 2019 08:54:00 167 0

Hondurasda təyyarə dənizə düşüb, ölənlər var

Hondurasın Roatan adası sahillərində özəl təyyarə qəzaya uğrayıb

Bakı. Hondurasın Roatan adası sahillərində özəl təyyarə qəzaya uğrayıb. Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, təyyarə hava qalxdıqdan bir qədər sonra dənizə düşüb. Bildirilir ki, qəza nəticəsində 5 xarici ölkələrdən olan turist həlak olub. Ölkənin Silahlıq Qüvvələrinin nümayəndəsi bildirib ki, qəzada həlak olanlardan 4-ü ABŞ vətəndaşıdır, lakin yerli hakimiyyət orqanlarından qəza nəticəsində 4 Kanada vətəndaşının öldüyünü bildirirlər.