Səhiyyə Nazirliyi: Hazırda ölkədə qrip xəstəliyi yoxdur


Digərləri 19 May 2019 08:00:00 217 0

Səhiyyə Nazirliyi: Hazırda ölkədə qrip xəstəliyi yoxdur

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə qriplə bağlı son vəziyyəti açıqlayıb.

Bakı. İlhamə İsabalayeva - Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə qriplə bağlı son vəziyyəti açıqlayıb. Mərkəzin direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, adətən, yazın sonlarında respirator virus infeksiyalarına yoluxma sayı azalır: “Havanın temperaturu getdikcə yüksəldiyi üçün respirator virus infeksiyaları da azalmağa doğru gedir. Hazırda ölkədə qrip xəstəliyi yoxdur”. A.Əliyeva qeyd edib ki, bu payız-qış mövsümü ərzində götürülən müayinə materialları arasında tək-tək hallarda mövsümü qrip virusları aşkarlanıb. Qrip virusuna yoluxanlar arasında ölümlə nəticələnmə baş verməyib: